“SÜLHMƏRAMLI KONTİNGENTƏ EHTİYAC VAR...” – Putin Azərbaycan-Ermənistan sərhədinə də “sülhməramlı” göndərir?

 "Ermənistan-Azərbaycan sərhədində baş verən son insident göstərdi ki, bölgədə vəziyyət hələ tam sakitləşməyib. Belə bir şəraitdə onun gələcəkdə tənzimlənməsi üçün Rusiya diplomatiyasının rolu artır".

"AzPolitika.info" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu cümə axşamı Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin kollegiya iclasında çıxışı zamanı deyib. Rusiya rəhbəri xatırladıb ki, bir il əvvəl Moskvanın fəal vasitəçilik səyləri sayəsində Dağlıq Qarabağda silahlı münaqişə dayandırılıb: "Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalar göstərdi ki, regionda vəziyyət hələ də tam sakitləşməyib. Sabitliyin təmin edilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün atəşkəsin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük ehtiyac var".

Rusiya lideri çıxışında Bakı ilə İrəvan arasında mübahisələrin həlli istiqamətində səylərin davam etdirilməsində Rusiya diplomatiyasının artan rolunu da vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2021-11-21 11:37:17

Rus "sülhməramlısı" biri-birinə güllə ataraq, onu tərəflər arasında gərginlik kimi göstərərək, sərhədə də "sülhməramlı yerləşdirir". Məsələnin məğzi budur...

RR 2021-11-19 08:03:25

Allah Lənət eləsin bunlara da sülhməramlı niyyətlərinə də

Köhnə azərbaycanlı 2021-11-19 01:56:24

Pişiyin quyruğu göründü...

t.ədalət 2021-11-18 19:03:53

Putin xaricin diqqətini yayındırmaq üçün işğalçı rus qoşununu "sülhməramlı" kimi qələmə verməyə çalışır.Lənət olsun!

İsmayıl 2021-11-18 18:08:33

Bütün bunlar sülhməramlıların burada uzunmüddətli qalmasına yönəlikdir.Camaatı indidən buna hazırlayırlar ki,vaxtı çatanda heç kəs ses çıxartmasın

Son yazılar