Menu

Daha bir ölkədə rekord yoluxma qeydə alındı

18.11.2021, 20:38
Daha bir ölkədə rekord yoluxma qeydə alındı

Koreya Respublikasında gün ərzində koronavirusa 3 290 yoluxma faktı aşkarlanıb. Bu, ölkədə ilk yoluxmanın qeydə alındığı keçən yanvar ayından ən yüksək göstəricidir.

Əvvəlki antirekord - 3 270 nəfər bu il sentyabrın 25-də qeydə alınıb.

İnfeksiyaya yoluxanların sayında kəskin artım noyabrın 1-dən ölkədə normal gündəlik həyata keçidin başlanmasından və əksər məhdudiyyətlərin götürülməsindən sonra baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol