“Media forum” saytı bildirir ki, İlham Əliyev və Serj Sərkisyanın oktyabrın 27-si Parisdə keçirdiyi görüş son 15 ildə Azərbaycan və Ermənistan prezidentlərinin 50-ci görüşüdür.
1999-cu ilin aprelindən Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqu aparılır. Həmin vaxtdan prezidentlər Rusiyada, ABŞ-da, İsveçrədə, Ukraynada, Türkiyədə, Belarusda, Moldovada, Çexiyada, Polşada, Qazaxıstanda, Rumıniyada, Almaniyada, Uelsdə və Azərbaycanda (Sədərəkdə) 50 görüş keçiriblər.
Serj Sərkisyan Ermənistan prezidenti seçiləndən bəri Azərbaycanın dövlət başçısı İlham Əliyev onunla 17 dəfə görüşüb. 2008-ci ildə prezidentlər 2 dəfə, 2009-cu ildə 6 dəfə, 2010-cu ildə 3 dəfə, 2011-ci ildə 2 dəfə, 2013-cü ildə 1 dəfə bir araya gəliblər.
Görüşlərin 3-ü bu ilə düşür. Dövlət başçıları avqustun 10-u Rusiyada, sentyabrın 4-ü Uelsdə, oktyabrın 27-si Fransada görüşüblər.


Şərhlər