Menu

Kanadada hərbi bazada partlayış olub, xəsarət alanlar var

19.11.2021, 00:26
Kanadada hərbi bazada partlayış olub, xəsarət alanlar var

Kanadanın Vankuver adasında "Comox" hərbi bazasında partlayış baş verib. "Report" xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Hadisə nəticəsində azı iki nəfər yaralanıb.

İlkin ehtimala görə, qaz sızmasından yaranan partlayışdan bazanın əsas binası çöküb.

Hadisə yerində təcili yardım maşınları və yanğınsöndürənlər işləyir. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol