ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB - Meyitlər İrəvana göndərilir (Yenilənib)

Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədərkən zərərsizləşdirilən 3 erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib.

"Sputnik Armenia" xəbər verir ki, proses Rusiya sülhməramlılarının iştirakı ilə baş tutub.

Meyitlər İrəvana göndərilib.

***

Ermənistan noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlamağa başlayıb.

Ermənistan Müdafiə Nazirliyi bu günə olan məlumata görə, sərhəddəki döyüşlərdə 6 hərbçinin öldüyünü açıqlayıb.

Nazirlikdən ölənlərin baş leytenant Taron Saakyan, müqaviləli hərbi qulluqçular Merujan Arutunyan, Qurqen Sarkisyan, Artur Martirosyan və David Əmiryan olduğu bildirilib.

Daha bir hərbçinin kimliyi dəqiqləşdirilir. Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə itkin düşmüş şəxslərin müəyyən edilməsi və əsirlərin qaytarılması istiqamətində intensiv işlər davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar