Menu

Şair Ramaldanov hərbi xidmətə qaytarılıb?

07.11.2013, 15:33
Şair Ramaldanov hərbi xidmətə qaytarılıb?

Keçmiş müdafiə naziri Səfər Əbiyevin ordudan tərxis etdyi zabit Şair Ramaldanov hərbi xidmətə qaytarılıb. Bu haqda Turan-a məlumatlı mənbə bildirib.

S.Əbiyev Ş.Ramaldanovu Hərbi Akademiyanın rəisi müavini vəzifəsindən azad etmişdi.

Mənbə qeyd edid ki, müdafiə naziri Zakir Həsənovla polkovnik Ş.Ramaldanov arasında görüş olub. Yaxın saatlarda Ş.Ramaldanovun ya Təlim-Tədris Mərkəzinə, ya da nazilriyin katibliyinə rəis vəzifəsinə təyin olunması haqda qərarın verilməsi gözlənilir. Mənbə hər iki vəzifənin general rütbəli vəzifə olduğunu nəzərə çatdırıb.

Ş.Ramaldanov özü isə Turan-ın müxbirilə söhbətində xəbəri təsdiq etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol