Menu

Bakıda nazirliyin binasında tüstülənmə olub

19.11.2021, 18:59
Bakıda nazirliyin binasında tüstülənmə olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin binasının dam örtüyündə tüstülənmə baş verib.

Nazirlikdən bildirilib ki, buna səbəb olaraq elektrik naqillərindəki qısaqapanma ehtimal edilir.

"Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində tüstülənmənin qarşısı alınıb", - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol