Menu

İlham Mirzəyevə verilən hökmdən apellyasiya şikayəti verilib

28.10.2014, 17:03
İlham Mirzəyevə verilən hökmdən apellyasiya şikayəti verilib

Həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

APA-nın məlumatına görə, apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayət yaxın günlərdə icraata veriləcək.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol