Menu

Türkiyə ordusu “Pəncə” əməliyyatlarında 831 terrorçunu məhv etdi

20.11.2021, 18:43
Türkiyə ordusu “Pəncə” əməliyyatlarında 831 terrorçunu məhv etdi

Türkiyə ordusu “Pəncə” başlıqlı əməliyyatları çərçivəsində 7 ay ərzində 831 terrorçunu zərəsizləşdirib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, əməliyyatlar nəticəsində terrorçuların 1 407 mağara və sığınacağı, eləcə də 1 812 əl qumbarası məhv edilib, 1 281 ədəd müxtəlif növdə və çapda silah, 316 min 46 sursat ələ keçirilib.

“Metina və Avaşin-Basyan bölgələrində davam edən əməliyyatlarla əsgərlərimiz çətin relyef şəraitinə baxmayaraq, terrorçuların istifadə etdiyi mağaralara bir-bir daxil olur və ərazini terrorçulardan təmizləyir”, - deyə açıqlamada qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol