Menu

Çin Litva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb

21.11.2021, 11:31
Çin Litva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb

Çin Vilnüsdə Tayvanın nümayəndəliyinin açılmasına görə Litva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib. “Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilib ki, Pekinin kəskin etirazına baxmayaraq, Vilnüs Tayvan administrasiyasına müvafiq icazə verib:

“Bununla bağlı kəskin narazılığımızı və etirazımızı bildiririk. Çin tərəfi iki ölkə arasında diplomatik münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəlib”.

Pekin vurğulayıb ki, Vilnüs bu hərəkətləri ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair kommünikedə təsbit olunmuş siyasi öhdəliklərini pozub ki, bu da Çinin suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq, habelə onun daxili işlərinə kobud müdaxilədir.

Şərhlər

Dəxi 2021-11-21 13:18:35

Mən beləcə də düşünürdüm!? Müqayisə edin ki, münasibətlərdə nə qədər müxtəlif təsir variantları varmış, deyilmi, hay XARİCİ SİYASƏT?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol