Menu

Azərbaycanda polis avtomobillə velosipedçini vurub öldürdü

21.11.2021, 10:08
Azərbaycanda polis avtomobillə velosipedçini vurub öldürdü

Dünən noyabrın 20-si gecə saat 22 radələrində Göyçay şəhərində RPŞ-in əməkdaşı polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti FORD markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də o hadisə yerində vəfat edib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol