MİT-dən NÖVBƏTİ UĞURLU ƏMƏLİYYAT - Liviyada girov götürülən yeddi türk azad edilib

Liviyada iki il əvvəl girov götürülən yeddi türk Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) xüsusi əməliyyatı nəticəsində azad edilib.

“Report” xəbər verir ki, MİT Qətər Dövlətinin Kəşfiyyat Təşkilatı ilə birgə fəaliyyət göstərib.

Restoran sektorunda işləmiş İlker Sağlık, Doğan Kıssa, Nurettin Çalık, Halil Gözel, Ahmet Selvi, Hidayet Yaprak və Abdul Samet Akçay artıq Türkiyəyə gətiriliblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan girovluqdan azad edilən vətəndaşlarla telefonda danışıb. Dövlət başçısı uğurlu əməliyyatda zəhməti olanlara təşəkkürünü ifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar