Menu

Meksikada naməlum şəxslər kütləyə atəş açıb - 4 nəfər ölüb

23.11.2021, 00:04
Meksikada naməlum şəxslər kütləyə atəş açıb - 4 nəfər ölüb

Meksikanın Miçoakan ştatının Sitakuaro bölgəsində naməlum şəxslər xoruz döyüşünə tamaşa edən kütləyə silahlı hücum edib.

APA yerli “Televisa” telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində tamaşaçılardan 4-ü ölüb, 7-si yaralanıb.

Silahlılar naməlum istiqamətə qaçıblar. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin motivləri barədə məlumat açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol