Menu

DSX dənizdən Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb

23.11.2021, 10:30
DSX dənizdən Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, noyabr ayının 20-də saat 12:05 radələrində DSX Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafi­zəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol