Menu

“Xəstələrin yarısı dərman vasitələrini düzgün istifadə etmirlər” - TƏBİB

23.11.2021, 12:51
“Xəstələrin yarısı dərman vasitələrini düzgün istifadə etmirlər” - TƏBİB

“Antibiotiklər bakteriyaların səbəb olduğu infeksional xəstəliklərin müalicəsi üçün ən vacib silahdır. Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dərman vasitələrinin 50 %-dən çoxu uyğun olmayan qaydada reseptdə yazılır, buraxılır və ya satılır”.

“Report” xəbər verir ki, bu fikirləri TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, antibiotiklərin 30-65 %-i doğru istifadə göstərişi və dozalarda istifadə edilmir: “Antibiotiklərin 50 %-i yuxarı tənəffüs yolları infeksiyalarında istifadə edilir. Bütün xəstələrin yarısı dərman vasitələrini düzgün qaydada istifadə etmirlər”.

Şərhlər

Baba Həkim 2021-11-23 14:22:17

Ciddi problemi üç əsaslı Səhiyyə yaradıb. Dövlət, Özəl və sığortalı? Dövlət öncə pulsuz, sonra ödənişli, daha sonra sığortalı xidmətlərə anons verib. Bu tolerantlıq həddən çox tibbi xidmət və dərman biznesinə meydan verib. Bahalı cihaz və xidmətlər hər an nəinki, həkimə müraciət, eləcə də sovet dövründə dərmanların qiymətinin heç də gündəlik xərclərdə seçilmirdi, indi isə onlar hər müraciətdə az qala aylıq məvacibi aşır? Həkimə müraciət edib, aylıq ərzaq pulunun əsas hissəni dərmanlara vermək əvəzinə münasib qiymətə yadda qalan antibiotikin qəbulu çıxış yolu olur?bir sual qalır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol