Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra Türkiyə lirəsinin ABŞ dollarına nisbətdə məzənnəsi minimumları yeniləməkdə davam edir.
Belə ki, Bakı vaxtı ilə saat 12.02-yə olan məlumata görə, lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 11,88 səviyyəsində ticarət olunub, bu isə yeni antirekord hesab olunur.
Ötən cümə axşamı Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi 16%-dən 15%-dəл azalmaqla bağlı qərar qəbul edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da televiziya müraciətində uçot dərəcəsinin azaldılmasına tərəfdar olduğunu bəyan edib.


Şərhlər