Menu

Paşinyanın müavini Azərbaycanla sənədin imzalanması məsələsinə münasibət bildirib

23.11.2021, 13:12
Paşinyanın müavini Azərbaycanla sənədin imzalanması məsələsinə münasibət bildirib

Hazırda Azərbaycanla Ermənistan arasında hansısa bir sənədin imzalanması ilə bağlı razılıq yoxdur.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Baş nazirinin müavini, Üçtərəfli İşçi Qrupun həmsədri Mqer Qriqoryan “Qraparak” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, görüşlərin keçirilib-keçirilməməsindən asılı olmayaraq, demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi davam etməlidir.

M. Qriqoryan dekabr ayında Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşünün gündəliyi barədə sualı cavablandırmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol