Menu

Azərbaycan iqtisadiyyatının kreditləşməsi beşillik maksimuma yaxınlaşıb

23.11.2021, 13:44
Azərbaycan iqtisadiyyatının kreditləşməsi beşillik maksimuma yaxınlaşıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının (banklar, həmçinin BOKT-lər və kredit ittifaqları daxil olmaqla) kredit qoyuluşlarının həcmi 16,416 mlrd. manat təşkil edib və ya ÜDM-in 22,9%-nə bərabər olub.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, ilin əvvəlindən ölkə iqtisadiyyatının kreditləşməsi 13%, aylıq müqayisədə isə 2,9% artıb.

Qeyd edək ki, ölkə iqtisadiyyatın kreditləşməsinin həcmi 2017-ci ilin yanvar ayından bəri (16,705 mlrd. manat) ən yüksək həddə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol