Menu

Rusiyada koronavirusdan bir gündə 1 243 nəfər ölüb

23.11.2021, 13:53
Rusiyada koronavirusdan bir gündə 1 243 nəfər ölüb

Rusiyada bu il oktyabrın 19-dan sonra COVID-19-a minimum - 33 996 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə “Report” Rusiyanın Koronavirusla mübarizə üzrə Operativ Qərargahına istinadən xəbər verir.

Ötən gün ərzində koronavirus səbəbindən 1 243 nəfər ölüb. Bununla da, pandemiya ərzində ölənlərin sayı 266 579 nəfərə çatıb.

Son 24 saat ərzində 36 051 xəstə COVID-19-dan sağalıb. Bununla da, sağalan şəxslərin ümumi sayı 8 089 694 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol