“Bazarda rəqabət prinsiplərinin qorunması vacib məsələlərdəndir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, bir sıra malların qiymətləri dövlət tərəfindən tənzimlənir: “Dövlət büdcəsinin imkanları nəzərə alınmaqla bu qiymətlərin daha məqbul saxlanmasına çalışılır. Dövlət tərəfindən tənzimlənməyən malların qiymətlərinin süni artmasının qarşısını almaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda mütəmadi monitorinqlər aparılır. Əhali üçün ən çox zəruri olan 86 adda ərzaq məhsulları, 51 adda tikinti materiallarının qiymətləri ilə bağlı monitorinqlər və təhlillər aparılır. İstehlak bazarımızda aparılan təhlillər və müşahidələr də göstərir ki, qiymət artımının səbəbi idxal məhsullarıdır. İstehsalda idxal xammalına əsaslanan mallarda qiymət artımı müşahidə edilir. Eyni zamanda daşınma xərcləri və enerji xərclərinin artımı da qiymət artımına təsir edən amillərdir”.


Şərhlər
Niyö İqtisadiyyat nazirliyi ölkə iqtisadyyatının inkişafına, ölkədə lazımı sənaye sahələrnin açılmasına əməli təsir göstərməyi unudub?Axı bu idxaldan asılılğın əsas şərtiir.Niyə əməli iş görülmür?.,ei
AXI İDXAL MƏHSULLARI XARİCDƏN VALYUTA İLƏ ALINR.XARİCDƏ İSƏ MALLARIN QİYMƏTİ HƏMİN ÖLKƏLƏRDƏKİ DEVALVASİYAYA ƏSASƏN DAXİLİ VALYUTA İLƏ YUKSƏLDİLİR.DEMƏLİ BU HALDA AZƏRBAYCANA GƏTİRİLƏN MALLARDA VALYUTA ÜZRƏ QİYMƏT ARTIMI BAŞ VERMİR.BUNA GÖRƏ NAZİR MÜAVİNİN BU AÇIQLAMASININ ƏSASI YOXDİR.QİYMƏT ARTIMI ÖLKƏDƏ QOYMƏT NƏZARƏTİNİN YOXLUĞUNU SÜBUT EDİR VƏ iQTİSADİYYAT NAZİRLİYİNİN KƏNARDAN SEYRİ ŞÜBHƏ DOĞURUR. .....
Sevinc xanım,nə qazı,nə yanacağı,nə suyu,nə də işığı ermənistandan almırıq.Özümüz istehsal edirik.
Bu gün dönərində qiymətin bir manat qaldırdılar,bunun dövlət idxaına nə daxili,hörmətli nazir müavini.
İstehsalçı ölkədə 11 manata satılan dərman bizdə 62 manata satılır.Bunu necə əsaslandıra bilərsiniz?
Kartel sövdələşməsi olan yerdə o monitoriqlərin heç bir əhəmiyyəti yoxdur. Çünki, bütün idxal və ixrac məhsullarının hamısı monopolist məmur oliqarxların nəzarətindədir. Əhaliyə yalan danışmayın. Azad rəqabət olmayan yerdə Sizin dedikləriniz gülünc görünür.