Menu

Samir Şərifov qazın qiymətinin artmasının səbəbini açıqlayıb

23.11.2021, 16:13
Samir Şərifov qazın qiymətinin artmasının səbəbini açıqlayıb

“Bir çox deputatlar öz çıxışlarında təmsil etdikləri rayonlarda seçicilərin maraqlarını müdafiə etmək məqsədilə bir çox məsələlər qaldırıblar”. “Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, deputatların qaldırdığı problemlər qeydə alınır və təhlil edilir: “Hansı məsələlər daha prioritet olursa, onların həlli təmin edilir. Qaz təchizatı ilə bağlı məsələlərə aidiyyəti dövlət qurumları münasibət bildirəcəklər. Dünya bazarlarında hazırda təbii qazın qiyməti çox yüksəkdir. Bu proseslər ölkə daxilində də öz təsirini göstərir”.

Şərhlər

Niyaməddin 2021-11-23 20:36:31

Çox "məntiqli" arqumentdir. Bravo!

Bashirov Qarib 2021-11-23 16:48:46

Amma, dizel yanacağının qiymətini 30% qaldıranda da dediniz ki, neftimiz dunya bazarında tamamilə ucuzlaşdığından biz bahalaşmaya getdik. Həm dunyada qiymətlər qalxanda da duşəndə də qiymət artmasına gedilməsi anormallıqdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol