Menu

Salyan sakini tanışı tərəfindən bıçaqla öldürülüb

23.11.2021, 23:48
Salyan sakini tanışı tərəfindən bıçaqla öldürülüb

Salyan rayonunda qətl hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, yaşayış massivinin sakini, 1992-ci il təvəllüdlü Qasımov Səbuhi Sərdar oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Bir bıçaq zərbəsi alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol