Menu

DSMF rüşvətxorluqla mübarizə üçün məsləhət alacaq

24.11.2021, 09:19
DSMF rüşvətxorluqla mübarizə üçün məsləhət alacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ISO 37001:2016 - Rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqi ilə bağlı məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ekvita Consulting" MMC-dir.

Qalib şirkətə 30 min manat ödəniləcək.

Xatırladaq ki, "Ekvita Consulting" bir qədər əvvəl DSMF-nin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması üzrə məsləhət xidmətləri ilə bağlı elan etdiyi açıq tenderin də qalibi olub. Bu məqsədlə şirkətə 52,5 min manat ödənilib.

Şərhlər

Xeqani 2021-11-24 14:15:55

Heç ağılabatan işə oxşamadı bu növ tender məsələsi.i

korrektor 2021-11-24 12:06:55

30000 manatı məsləhətə verincə pulu ver əlillərə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol