“CƏRİMƏLƏR İNSANLARIN ƏMƏKHAQQI İLƏ UYĞUN GƏLİRMİ?” - "Biz nəyə səs veririk?"

“Bu gün Azərbaycan cəmiyyətini rüsum və cərimələrlə bağlı məsələlər narahat edir”.

“Report”un xəbərinə görə, bunu deputat Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Artırılan cərimələr insanların əməkhaqqı, pensiyası ilə uyğun gəlirmi? Bu şəkildə olmaz. Biz nəyə səs veririk? Bu insanları narahat edir. Çölə çıxanda maskanı unudursan dərhal cərimə yazırlar. Rüsumların artırılması ilə bağlı ciddi narazılıqlar var. Cəmiyyətin böyük bir hissəsinin əsəbləri ilə oynayırıq. Buna cavab verilməlidir”, - deputat bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur: “Bəzi rüsumlarda 20, 30, 40, 50 faiz artımlar var. Təbii ki, istənilən artım insanların cibinə təsir edir. Biz bunu qəbul edirik. Ancaq pensiya və maaşlar da artırlılır. Dəbbə pulunun çox olması ilə bağlı da bizə müraciətlər daxil olur. Bununla bağlı araşdırmalarımız olacaq”.

635x100

Şərhlər

Sabir Rüstəmxanlıya 2021-11-24 23:21:49

Xalq tərəfindən süçilməyən xalqın nə qədreini bilər.nə xalql düşünər.Siyahi deputat isə ona verilən kağıza onu siyahiyə yazanın göstərişi üzrə imxa atar.Ona görə belə söhbətlərin mənası yoxdur.Sizin çıxışınız yalnız özünüzə xal qazanmaq kimi qəbul olunar.Bu isə keçmir.Onsuz da əsassız bahalaşdırma,mənasız cərimələr və mizer artımlarla hamının lənətini qazanmısınız.bx

Sahib 2021-11-24 20:32:39

Cənab deputat minimum əmək haqqı ən azı 400 man olmalidir və bu məbləğ dən vergi tutulmamalidir

gülşən 2021-11-24 19:42:51

Yalan deyir.Ona görə məhkəmə işləri ilə bağlı elə rüsum var ki, 10 manat idi olub 100 manat, yəni 10 dəfə artıb, 30 dəfə artanı da var.

oleq 2021-11-24 18:13:41

bütün dünyada cərimələr insanların orta əmək haqqının ən pis halda 10% dən cox olmamalıdır,biz də isə minimal əmək haqqı 250 azn oldugu halda orta cərimə 50azn təşkil edir ,bu isə maaşın 5/1 qədərdir,yəni 20%...

Watchman 2021-11-24 18:05:41

Siz daha nələrə səs vermirsiz ki...

Veten dashi 2021-11-24 17:47:49

Kənd kücəsində hazırlığa gedən və 20 m ətrafında bir məktəblini aparıb 14 saylı polis məntəqəsində saxlayıb(6 saat) cəriməni ödətdirdikdən sonra buraxıblar.Valideyin bu uşağin hazırlığına pul versin ,boş yerə cərimə ödəsin bəs özü nə yesin.Cox ədalətsiz bir cəmiyyətdə yaşayırıq.Hələ uğağın məktəbə vaxtı olmadığından məktəb direktoruna da aylıq ver.Bu qədər ləyaqətsiz bir cəmiyyət olmaz..Allahdan qorxun hec olmasa...

t.ədalət 2021-11-24 16:14:01

Tahir Mirkişili böyük kommersiya və biznesə malikdir.Ola bilsin ki,rüsum və cərimələrin ona təəsiri olmasın.Ancaq müharibədən çıxan camaat heç çörəkpulu tapmır.Hər şey 100-200 faiz bahalaşdığı halda əməkhaqqı və maaşlar 5-8 faiz həndəvərində artırılacaq.Özü də bahalaşmadan 4 ay sonra.Büdrəmiş iqtisadiyyatı xalqın cibini soymaqla düzəltmək olmaz.Polisin və daxili qoşunların sayını yarıyadək azaltmaqla iqtisadiyyatı düzəltmək olar.Hakimiyyətin hazırkı mövqeyi "Molla Nəsrəddin" jurnalında verilmiş bir karikaturanı yada salır.Ulaq ona yemək verən sahibinə şıllaq atır.Sahibisə,"mən ki sənə yemək verirəm,mənə təpik niyə atırsan"-deyir.

Azər 2021-11-24 12:59:17

Heç olmasa gəlir vergisini azaldın 14 faiz çox deyilmi?minimum əmək haqqı gəlir vergisindən azad edilməlidir

Hərbi pensiyaçı 2021-11-24 12:46:53

Spyğunçu rüsumların xeyir duasını elə deputatlar özləri verir. Çünki bu rüsumlar xalqın gönündən çıxarılacaq onların yox.

Niyaməddin 2021-11-24 12:44:47

Açıq-aşkar insanlara ölün yaşamayın deyirlər. Haqqımızı yeyənlərə Allah lənət eləsin, gözlərindən gəlsin!

Son yazılar