Menu

İşğalçı rejimin rəhbərlərindən biri istefa verdi

28.10.2014, 19:02
İşğalçı rejimin rəhbərlərindən biri istefa verdi

Dağlıq Qarabağ rejiminin “baş prokuroru” Arşavir Qaramyan oktyabrın 28-də istefa verib.

“Media forum” saytı bildirir ki, istefa ərizəsi işğalçı rejimin başçısı Bako Saakyana təqdim olunub. Rejimin qaydalarına görə, “baş prokurorun” istefası dərhal qəbul olunmuş sayılır.

1965-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, keçmiş Əsgəran rayonunda doğulan Qaramyan işğalçı müharibənin tanınmış fiqurlarından biridir. O, Qarabağ müharibəsi zamanı batalyon komandiri olub.

Uzun müddət Dağlıq Qarabağ rejiminin polisinə başçılıq edən Qaramyan 2007-ci ildən “baş prokuror” idi.

Qaramyanın istefasının səbəbləri bilinmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol