Menu

İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumu açıqlanıb

24.11.2021, 14:03
İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumu açıqlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumunu açıqlayıb.

APA-nın məlumatına görə, Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, qız davamlı şəkildə həm fiziki, həm də mənəvi travmalara məruz qalıb: "Bu da onun psixoloji durumunda ciddi izlər buraxıb. Hazırda onun müalicəsi Komitənin və aidiyyəti qurumların dəstəyi ilə davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçib. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların psixoloji yardıma yenə ehtiyacı var. Qızın vəziyyəti nəzərə alınaraq həftədə 3 dəfə müəssisə daxilində təhsilə cəlb olunub. Terapiya başa çatdıqdan sonrakı durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək. Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər. Məqsədəuyğun olmasa digər məktəbdə təhsili davam etdirəcək. Ailənin bu günə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq".

Şərhlər

t.ədalət 2021-11-25 00:01:51

Qızın şəklini hamıya göstərməklə onu biabır etdiniz,.....Bir tərbiyəsiz gədənin(Əlbəttə,həbsxanada onun özünü də.....) hesabına körpə qızın həyatı puç oldu.Komitənin mövqeyi də heç yatımlı deyil.

Gülər 2021-11-24 16:45:03

Efirə çıxıbsa deməli təzə paltar alıb. Göstərməlidir axı " qonşunun bagrı çatlasın" Amma baxıram ki, bu da qocaldı.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol