Menu

Azərbaycanda nə qədər ehtiyat “Pfizer-Biontech” vaksininin olduğu açıqlanıb

24.11.2021, 17:43
Azərbaycanda nə qədər ehtiyat “Pfizer-Biontech” vaksininin olduğu açıqlanıb

Azərbaycanda ehtiyatda olan “Pfizer-Biontech” vaksininin sayı açıqlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, hazırda 162 450 doza “Pfizer- Biontech” vaksini anbarda ehtiyatda var. Əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.

Qeyd edək ki, ÜST Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib. Məktuba əsasən, “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkədə istifadə olunan “Pfizer-Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb.

Şərhlər

Fazil Əsgərov 2021-11-24 23:40:31

Vaksinə nə ehtiyac var ki? Onsuz da insanlar normal qidalanmanın mümkünsüzlüyündən,dərman və tibbi xidmətlərin əl çatmamazlığından,artan cərimələrdən. həyatlarını davam edə bilmir.Ölkədə əhali arasında ölüm sayı durmadan artır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol