Menu

Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

24.11.2021, 19:59
Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

APA-nın "Sputnik Armenia"ya istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər. Lavrov və Mirzoyan həmçinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvarda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yertirilməsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol