Menu

Ermənistanda hərbçinin güllələnmiş meyiti aşkarlanıb

24.11.2021, 20:29
Ermənistanda hərbçinin güllələnmiş meyiti aşkarlanıb

Ermənistanın Tavuş regionunda güllələnmiş hərbçi meyiti aşkar olunub.

APA-nın “Sputnik Armenia”ya istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət keçən 2001-ci il təvəllüdlü əsgər Suren Avetisyanın meyiti aşkarlanıb.

O, başından aldığı güllə yarasından ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol