Menu

Avropada qazın qiyməti 1 100 dollara yaxınlaşıb

24.11.2021, 23:21
Avropada qazın qiyməti 1 100 dollara yaxınlaşıb

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün təxminən 1 100 ABŞ dollarına çatıb. "Report" xəbər verir ki, bunu ICE birjasının məlumatları təsdiq edir.

Niderlandın TTF qovşağında ticarət sessiyasının əvvəlində dekabr fyuçerslərinin qiyməti min kubmetr üçün 1 097 ABŞ dollarına qədər artıb.

Günün əvvəli ilə müqayisədə Avropada qazın qiymətinin ümumi artımı 3%-dən çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol