Menu

İran Azərbaycana girən türk TIR-larını gizlicə izləyir - Qalmaqal

28.10.2014, 20:11
İran Azərbaycana girən türk TIR-larını gizlicə izləyir - Qalmaqal

Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyi İdarə Heyəti sədrinin müavini Ergün Bilen İranın türk TIR-larına qarşı yaratdığı əngəllərin davam etdiyini açıqlayıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ergün Bilen İran gömrük xidmətinin bu ölkə sərhədini keçən, tranzit olaraq Azərbaycana istiqamət alan türk TIR-larına gizli olaraq mikroçiplər yerləşdirdiyini deyib.

“Türk TIR-larını izləmək üçün onlara qanunsuz şəkildə çiplər taxılır. Bu çipləri çox vaxt sürücülər görmədiyi üçün onları çıxara bilmirlər. İran bu çiplərin köməyi ilə türk TIR-larının bütün hərəkət marşrutunu izləyir. Bu, beynəlxaq normaların pozulmasıdır, cinayətdir. Beynəlxalq nəqliyyat daşımaçılığına qarşı cinayətdir” - deyə Ergün Bilen bildirib.

Qeyd edək ki, İran sərhədi keçən və tranzit olaraq bu ölkə ərazisindən istifadə edən türk TIR-larından tələb etdiyi haqqı 5 dəfə qaldırıb. İndi hər TIR-a görə İran tərəfi 2750 dollar tələb edir.

Türkiyə də buna cavab olaraq İran TIR-larına eyni haqqı qoyub. Hazırda Türkiyə nəqliyyatçıları tranzit ölkə kimi İran ərazisindən yan keçmək üçün marşrutlar axtarırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol