Ukrayna "Şimal axını-2" kəmərinə görə ildə 1,3 mlrd. dollar itirəcək

"Şimal axını-2" qaz kəməri istismara verildikdən sonra Rusiya ilə 2024-cü ildə tranzit müqaviləsinin müddəti bitənə qədər Ukrayna hər il təxminən 1,3 mlrd. ABŞ dolları məbləğində vəsait itirəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Ukrayna üzrə yeni araşdırmasında deyilir.

Fondun ekspertləri hesablayıblar ki, son beş ildə Ukrayna Rusiya qazının nəqli müqabilində ildə orta hesabla 2,5 mlrd. dollar qazanıb. Ekspertlər bu il ölkənin tranzit gəlirlərinin təxminən 40% azalacağını və qaz kəmərinin istismara verilməsinin ölkənin enerji təhlükəsizliyinin həssaslığını daha da artıra biləcəyini proqnozlaşdırır.

Qeyd edək ki, "Şimal axını-2" qaz kəməri Rusiya sahillərindən Baltik dənizi üzərindən Almaniyaya qədər uzanır və ildə ümumi gücü 55 mlrd. kubmetr qaz olan iki xətdən ibarətdir. Tikinti sentyabr ayında başa çatdırılıb və hazırda "Nord Stream 2 AG" şirkətinin operator kimi sertifikatlaşdırılması prosesi gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar