Menu

Oğurluğa görə işdən çıxarılan xəstəxana direktorunun yerinə təyinat olub

26.11.2021, 11:25
Oğurluğa görə işdən çıxarılan xəstəxana direktorunun yerinə təyinat olub

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib.

İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Şərhlər

Maarif 2021-11-26 11:56:09

Nu ağılsızlıq edib marketdə oğurluq edib,igərləri təyin olduqları idatələri sökür.Fərqi varmı?r

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol