Menu

"Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı var" - Volodimir Zelenski

26.11.2021, 14:59
"Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı var" - Volodimir Zelenski

“Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı var, media isə daha çox ajiotaj yaradır”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

“Belə bir ehtimal hər gün var. Amma demək istəyirəm ki, KİV daha çox hədə-qorxu yaradır”. – o, bildirib.

V.Zelenski həmçinin bildirib ki, yaxın vaxtlarda onun ofisinin rəhbəri Rusiya hakimiyyəti ilə əlaqə saxlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol