Menu

“Azərbaycan Dəmir Yolları”nın 58 milyon manatlıq ümidsiz borcu silinib

26.11.2021, 15:04
“Azərbaycan Dəmir Yolları”nın 58 milyon manatlıq ümidsiz borcu silinib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 1989-2014-cü maliyyə illərinə aid, bu il yanvarın 1-nə 57 milyon 630 min 486 manat təşkil edən ümidsiz borcu silinib.

Bu barədə “Report”a hökumətdəki mənbə məlumat verib.

Məlumata görə, həmin borc 25 il ərzində malların təqdim edilməsi və müəyyən işlərin görülməsi ilə əlaqədar yaranıb, indiyə qədər ödənilməyib.

Borcların silinməsi ilə bağlı ADY-yə və İqtisadiyyat Nazirliyinə tapşırıqlar verilib.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906 milyon 62 min manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.

Şərhlər

TexMəs 2021-11-26 18:47:27

Dəmir Yollarına SSRİ buraxılandan demək olar ki, sorğu-tələbat qalmayıb? İri tonnajlı yuk yoxdur, DY operativ-manevri son zəmanətlə tam təmin edə bilmir? Metro da ona bənzər ifrasçı texniki-maliyyə qurumuna çevrilib? Həmin sahələrə qoyulan sərmayələri Avropa İttifaqı ödəyəcəkmi?

Etibar 2021-11-26 15:17:32

hökunət vətəndaşlara qayğı göstərrərək aztəminatlı ailələrin kommunal borclarını silmək əvəzinə, vətəndaşlara baha qiymətə satılan biletlərin məbləğinin mənimsəmiş "Dəmir Yolları" QSC-nin büdcəyə olan 57 milyon manatdan artıq borcunu silib.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol