ŞÜUR DƏYİŞİNCƏ, DÜNYA DƏYİŞİR! - "İranda türk dövlətçiliyi bərpa edilməlidir!"

Yasəmən Qaraqoyunlu

İllərdir yazılarımızda və çıxışlarımızda Azərbaycan ictimai düşüncəsində inqilab təsiri yapa biləcək ideya və təkliflərlə çıxış etdik. Toplum bu ideyaları qeyri-real, xəyal ürünü kimi qarşılasa da, bilirik ki, bu ideyalar zamanla gerçək olacaqdır. Bilirik, yolumuza davam edirik, zamanla düşüncəni və dünyanı dəyişirik...

Bir toplumun içində böyük xəyallar bəsləyən idealist romantiklər (oysa ki, əsl gerçəkçi elə özüməm) oldukca, o toplum siyasətə misyonlar yükləyə biləcəkdir. Bir millət siyasətə misyon yükləmək qabiliyyətini itirmişsə, yaşam bəhanəsi bula bilməyəcək qədər ideyasızlaşmışsa, bitmişdir deməkdir. Yaşama, topluma, millətə verilən ideyalar onun ayaqda qalmasını təmin edən enerji qaynağıdır. Biz, illərdir ki, sizə yaşam enerjisi, yaşam umudu verən ideyalarımızı səsləndiririk. Hər millətin, hər mədəniyyətin öz misyonu, öz yolu vardır. Biz də öz yolumuzu çizməyə çalışdıq:

1. Türkiyə hərbi bazaları Azərbaycanda yerləşməlidir, dedik.

2. Türkiyə-Azərbaycan konfederasyonu qurulmalıdır, dedik. "Bir millət, bir dövlət" projesi gələcəyin inşasında əsas strateji proje, yoldur, dedik.

3. Bölgəmizdə qurulmuş Rusiya-Ermənistan-İran blokuna qarşı Türkiyə-Pakistan- Azərbaycan hərbi strateji bloku qurulsun, dedik. Qarabağın işğaldan azad edilməsində bu blokun qurulmasının yaratdığı avantajlar bizə yardım edəcəkdir. Bu blok İran-Rusiya-Ermənistan blokunu təsirsiz hala gətirəcəkdir, dedik.

4. Ermənistanı dövlət edəcək coğrafi şərtlər yoxdur, Ermənistan sərhədləri Quzey-Güney Azərbaycan, Borçalı və Türkiyə türkləri ilə çevrili isə, Ermənistan dövlət yox, kiçik erməni anklavı olacaqdır. Bu anklavı da ortadan qaldırmağın tək yolu Ermənistan vətəndaşı olan türklərin Ermənistana qaytarılmasıdır, dedik.

Ermənistanı dövlət kimi var edən Batı mərkəzli uluslararası konyuktur çökür, dedik. Bu tarixi fürsətdən yararlanaraq Türk dünyasının bağrına saplanmış "erməni məsələsi"ni kökündən yox etməliyik, dedik. "Erməni məsələsi"ni yox etməyin 3 yolu var:

- Bütöv Azərbaycan qurulmalıdır;

- İranda türk dövlətçiliyi bərpa edilməlidir (ilk baxışda bunlar bir-birini istisna edən zidd, alternativ ideyalar kimi görünsə də, əslində bir-birini tamamlayan prosesdir ki, bu barədə ayrıca bir məqalə yazsaq, daha yaxşı olar);

- Rusiyanın 22 federasiya subyektinin 21-i türk-müsəlmandır. Orada Türk-İslam ideyalarını diri tutmalıyıq. Borçalı türklərinin muxtariyyətinə nail olmalıyıq.

5. Zehniyyətlərdə və fəlsəfələrdə Vestfaliya müqaviləsindən günümüzə qədər Batının bütün dünyanın mərkəzi olma alqısı çökməkdədir. Batı mədəniyyəti universal deyil, lokal mədəniyyətdir. Batı mədəniyyəti tarix boyu gəlmiş-keçmiş mədəniyyətlərdən sadəcə biridir. Batı dəyərləri universal dəyərlər deyil, sadəcə Batıya özgü, Batıya aid dəyərlərdir. Bütün mədəniyyətlər dəyər ürətir. Heç bir mədəniyyət, özəlliklə də Batı mədəniyyəti kürəsəl hegemonluq qurmaq kapasitəsinə və haqqına malik deyil. XX-XXI yüzildə də Yer üzündə Batı mədəniyyəti ilə paralel Hind, Çin, İslam, Slavyan, Türk, İran və.s kimi mədəniyyətlər mövcud olmuşdur. Batı mədəniyyəti heç bir zaman kürəsəl mədəniyyət olmamışdır. Batı heç bir zaman dünyanın mərkəzi olmamışdır, olamaz, dedik. Məhz bundan çıxış edərək, Avro-Atlantik mərkəzli təkqütblü dünya quruculuğuna son verilməlidir. Çoxqütblü dünya qurulmalıdır, dedik. Türk millətinin imperiya qürurunu diriltməliyik, bərpa etməliyik, dedik. Türkiyə həm Türk Hinterlandının, həm İslam Hinterlandının mərkəzi gücü, lideri və təmsilçisidir, dedik.

Bu iki gücün birliyi və liderliyi Türkiyəni kürəsəl super gücün mərkəzi mövqeyinə gətirəcəkdir.

Bu gücün yüksəlişi dünyadakı, Avrasiyadakı dəngələri və siyasi xəritələri dəyişdirəcəkdir. Məhz buna görə də Türkiyəni parçalamaq, bölmək istəyirlər...

Türkiyə torpaqları üzərində Kürdüstan, Yunanıstan, Ermənistan, Pontus kimi kiçik dövlətlər qurmaq planları var. Ermənistanın qurulması, Qarabağın işğalı bu planın bir parçasıdır, dedik. İran platosunda 1925-ci ildə Türk dövlətinin çöktürülüb fars dövləti ilə əvəz edilməsi də, Babur imperiyasının çöktürülməsi də Türk-İslam Hinterlandının dağıdılması, parçalanması prosesidir, dedik.

6. Türk milləti çoxqütblü dünyanın bir qütbü kimi şəkillənmək və yenidən inşa olunmaq məcburiyyətindədir. Türk milləti bütün müsəlman və xristian türk dövlətlərini birləşdirərək bir Turan qurmalıdır, dedik. Turan Ordusu 3-4 milyonluq bir əsgıri gücə sahib olacaqdır və NATO ilə yarışacaq bir kapasitəyə, milli ruha, qaynağa, tarixi ənənəyə sahibdir. Türk millətinin təhlükəsizliyini və müdafiəsini öz ordusu - Turan Ordusu qorumalıdır, dedik.

7. TURAN birliyinin qurulması Avrasiyada yeni geopolitik, geostrateji dəngələrin qurulmasına səbəb olacaqdır. Siyasi xəritələr və bloklar dəyişəcəkdir. NATO, KTMT, AB, BMT təşkilatları bölünəcək və dəyişikliyə uğrayacaqdır. Avro-Atlantik blokun (Qərbi Roma) və Rusiyanın (Şərqi Roma) birlikdə qurduqları dünya sistemi, hegemoniyası çökəcəkdir. Asiyada, Afrikada, İslam, İnduist, Turan dünyalarında 300 ildir təbliğ edilən "Batı mədəniyyətinin üstünlüyü" düşüncəsi çökəcəkdir, dedik. Batı mədəniyyəti Renessans çağında Allahı öldürdü, İndustrial çağda Təbiəti öldürdü, Post İndustrial çağda isə İnsanı öldürməyə çalışır, dedik. Yalnız Allahı, Təbiəti, İnsanı, Ailəni, Həyatı, Yaşamı, Ədaləti, Eşitliyi qoruyan mədəniyyətlər universaldır, Batı mədəniyyəti yaşadan deyil, öldürən mədəniyyətdir. Yer üzündə ekoloji fəlakətlər yaradaraq yaşamı təhdid edən bir mədəniyyətdir, dedik.

8. NATO bloku Avro-Atlantik blokun maraqlarını qoruyan, Turanı təhdid edən bir blokdur, dedik. Batı mədəniyyətinin üstünlüyü ideyaları çöktükcə, NATO da kiçik, marjinal bir hərbi bloka çevriləcəkdir, dedik. Batı bloku və dəyərləri kiçilərək öz sınırlarına çəkiləcəkdir, dedik.

9. Batı blokunun və Rusiyanın 200 illik kürəsəl gücü, yayılmaçılığı, sömürgə və işğalları Batı fəlsəfəsinin doğurduğu kapitalizm və sosializm tezis-antitezisləri ilə yeni dünya quruculuğunun həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Qərbi Romanın varisi Avro-Atlantik blok katolik-protestantlıq, rasionalizm, pozitivizm, sekulyarizm, empirizm, liberalizm, kapitalizm, demokratiya, praqmatizm, insan haqları, ulus dövlətləri, açıq toplum ideyaları ilə, Şərqi Romanın (Bizansın) varisi Rusiya çar dönəmində ortodoksallıq-pravoslavlıq, panslavyanizm, SSRİ dönəmində marksizm, darvinizm, ateizm, materializm, qapalı toplum, avtoritarizm, diktatorluq, sosializm-kommunizm, kosmopolitizm ideyaları ilə kürəsəl güc və yayılmaçılıq siyasətləri həyata keçirmişlər. Bu iki dünyanın müstəmləkəsi və sömürgəsi olan Türk-İslam dünyası XXI yüzildə yenidən dirçəlməli, təşkilatlanmalı, güc mərkəzinə çevrilməlidir, dedik.

10. Türkiyə və Türk milləti türklüklə Çindən Adriatik dənizinə qədərki 10 milyon kv.metrlik bir coğrafiyada - Turan Bloku quraraq yeni bir mədəni-siyasi-hərbi-iqtisadi gücün yaradıcısı olmalıdır, dedik. Hər bir siyasi güc və blok öz kosmoloji dünyası, dəyərləri, hüquq anlayışı, ədalət və haqq anlayışı, Allah anlayışı olan mədəni bir sistemdir, dedik. Turan bloku da Turan mədəniyyətini təmsil edən bir gücdür, dedik.

11. Türkiyə Türk-İslam sivilizasiya dəyərlərini təmsil etməklə, 1,5 milyard müsəlman dünyasına, Asiyaya, Afrikaya, Ərəb Yarımadasına, İrana, Rusiyaya, Uzaq Asiyada İndoneziya, Sinqapur, Malyaziya ölkələrinə, bütövlükdə Avrasiyanın üçdə birinə hökm etmək, yönləndirmək, gücləndirmək, ədaləti və eşitliyi qorumaq, yaymaq gücünə və tarixi ənənəsinə, eyni zamanda misyonuna sahibdir, dedik.

12. Türk millətinin yaradılış misyonu yer üzündə Cahan imperatorluğu qurub, doğunu və batını, farklı dilləri, dinləri və kültürləri yönləndirmək, uzlaştırmaq, ədalət və güvəni təsis etməkdir, dedik.

Biz bunları dedik, "sən siyasətçi deyilsən!", dedilər. İcazə verin soruşum ki, bəs siz siyasətçilər nə yapırsınız?! 

1. Az bir qism bizim irəli sürdüyümüz, müəllifi olduğumuz bəzi ideyaları, konsepsiyaları, hansı ki, bu gün reallaşmaqdadır, televizyonlarda onları müzakirə etməklə məşğulsunuz.

2. Hələ də Avroatlantik bloku, bu blokun təşkilatları olan NATO və BMT-ni dünyanın mərkəzi hesab edən çox qism isə bizi xəyalpərəst, millətçi, özlərini isə ciddi, gerçəkçi hesab edərək praqmatik, rasional, kosmopolit görünməyə çalışmaqla, Qərb institutlarının diqqətini çəkmək üçün uğraşırlar.

Biz şüuru dəyişirik. Şüur dəyişincə də gerçəklər dəyişir, dünya dəyişir.

Bir akademisyenin də işi budur zatən. İdeya ürətmək, fikir ürətmək, şüuru dəyişmək, dünyanı dəyişmək!...

635x100

Şərhlər

GƏNCƏ 2021-12-01 12:09:23

Tamamilə doğrudur.Alqışlayırıq.EŞQ olsun.ALLAH QUVVƏT VERSİN! Belədə olacaq.Ona doğru gedirik.İstədiyimiz kimi olacaq. İnşallah!

GƏNCƏ 2021-12-01 12:07:52

Tamamilə doğrudur.Alqışlayırıq.EŞQ olsun.ALLAH QUVVƏT VERSİN! Belədə olacaq.Ona doğru gedirik.İstədiyimiz

Başlığa 2021-11-30 09:36:51

Mütəfəkkir xanım, vətəndaş şüurumuz toparlanacan digər aləm sürətlə hüquqlarımızı zəbt edir. Zəfərdən sonra da belədir. Seçicilər vəkil-deputatlarından viranə yurdlarına-33 il itirdiklərinin bərpasına təklif-tədbləri gözlədikləri halda onlar yaradılandan heç bir təcavüzə məruz qalmamış Haystanın Zəfərə qarşı acıqli-revanşist hisslərinə qyğılanırlar? Hərbi soyqırım cinayəti və 33 illik işğal dövründə görəsən işğalçı və havadar ölkələrdə milyonlarla azərbaycanlının acınacaqlı-səfalətində bircə məqalə-müzakirə tapmaq olarmı?

milli balta 2021-11-29 23:05:51

1. Rusiya Federasiyasının 89 subyekti var.

oleq 2021-11-29 20:13:03

Yasəmən Qaraqoyunlunun türk tarixi gələcəyi konsepsiyasını daim izləyir və müdafiyə edirəm,təkcə onun bu cəsarətli yazıları onun şərəf portretini xalqımız üçün nümünəyə cevirir,ideyaları yol xəritəsinə çevrilir.Bu yolda tək bir təklifim var:Yasəmən xanım tələsib təndirə düşməmək üçün hər bir mərhələnin zamanlamaya ehtiyacı var,zaman və fürsətləri dəyərləndirib məqsədlərimizi həyata keçirmək asan və itgosiz olar.

t.ədalət 2021-11-28 20:54:38

Var olun,Yasəmən xanım!Millətin əsil qəhrəmanları qadınlardır.O qadınlar ki,onların tərbiyəsi iləı böyüyən uşaqlar milli böyüklüyün,Vətənin keşiyində dayanır!Milli qadınlarımızın böyütdüyü balalar heç vaxt düşmənə uymur,Vətən üçün sona kimi vuruşur.Lənət olsun milli qanı ermənilərlə qarışdıranlara!Bir damla erməni qanı daşıyan adamın milli sədaqəti olmaz.Düşmən də casusu onlardan seçir.

B.Qarabağlı 2021-11-28 19:56:00

Güman ki, gərgin tarixi araşdırmalar, hüquqi bilgilər və mükəmməl siyasi mülahizələr xanım müəllifi təkzib edilməz qəti nəticələrə gətirib? Verilən təkliflərdən hər hansı birinin qətiyyətlə siyasi müstəviyə çıxarılması bir sıra problemləri qəti həll edə bilərdi və gələcək üçün də çox aktual görünür?

korrektor 2021-11-28 18:19:14

Sizin fikirlərə böyük hörmətlə yanaşırıq və dəstəkləyirik!

Niyaməddin 2021-11-28 15:46:04

Yasəmən Qaraqoyunluya çox böyük təşəkkür edirik, minnətdarıq! Allah sizi var eləsin! Nə yaxşı ki, varsınız.

Son yazılar