Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev özünə yeni köməkçi təyin edib.
“AzPolitika” “Bakupost”a istinadən xəbər verir ki, bu posta Seyran Məmmədov gətirilib.
S.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirib.
2001-2004-cü illərdə “Space” MTRŞ-də ingilis dilində analitik-informasiya proqramının aparıcısı və redaktoru olub.
2004-2010-cu illərdə Prezident Administrasiyasında Prezidentin mətbuat xidmətinin əməkdaşı olub.
2010-2025-ci illərdə İqtisadiyyat Nazirliyi nəzdindəki Bakı Biznes Mərkəzinin direktoru vəzifəsində çalışıb.


Şərhlər
Cənab Nazir ! ƏƏSMN -nin imicinə xələl gətirən, sosial narazılıqları artıran DSMF -da köklü surətdə kadr dəyişiklikləri aparılmalıdır, çünki o kadrlar vətəndaşların müraciətlərinə təhrif olunmuş cavab verməklə öz işlərini bitmiş hesab edirlər, xüsusilə Pensiya təminatl Departamentinin müdiri Eyvaz İsmayılov... ?
uğursuz kadrdır. belə adamlar ancaq büdcədən boşuna maaş almağa yarayırlar
Təbriklər! Dəyərli kadrdır Seyran müəllim. Uğurlar!