Menu

Rusiyada son sutkada koronavirusdan 1224 nəfər ölüb

28.11.2021, 13:42
Rusiyada son sutkada koronavirusdan 1224 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 33 548 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. 

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 9 580 373 nəfərə çatıb. Son sutka ərzində 1224 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 272 755 nəfərə çatıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol