Menu

Almaniya yeni ştamla bağlı karantin qaydalarını sərtləşdirib

28.11.2021, 14:12
Almaniya yeni ştamla bağlı karantin qaydalarını sərtləşdirib

Almaniya yeni koronavirus ştamının yayılması ilə əlaqədar Afrikanın səkkiz dövlətini sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq ediləcəyi ərazilər siyahısına daxil edib.

"Report" xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Belə ki, Cənubi Afrika, Botsvana, Esvatini, Lesoto, Malavi, Mozambik, Namibiya və Zimbabvedən gələn hər kəs iki həftəlik karantinə göndəriləcək. Koronavirus testi mənfi çıxsa belə, karantin müddətini qısaltmaq mümkün olmayacaq.

Aviaşirkətlərə yalnız Almaniya vətəndaşlarını təyyarəyə girişə icazə verilir.

Qeyd edək ki, Almaniyada indiyədək iki "omikron" ştamı aşkar edilib.

Şərhlər

boz 2021-11-28 18:25:10

Omikron ştammının xüsusiyyətləri hələ bəlli deyil,amma şüvən salıblar.Bunların sözü qurtaran deyil,bunlara söz t\sir etmir,zorakılıq istəyirlər,onu da alacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol