Menu

Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edilib

29.11.2021, 09:38
Daxili Qoşunların Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edilib

Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularının son durumu açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, hərbi qulluqçular - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol