Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb.
Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 29 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.


Şərhlər
Sllah kökünü kessin bu faşistlerin bele alçaqlığı beşer tarixinde ermeniden başqa kimse etmez.Hele ne qeder dinc insan heyatı tehlüke altındadır.Bunları gerek heç kim yaddan çıxarmasın.Bunlar heç vaxt düzelen deyil.Biz gelecekde de bunların bize olan münasibetine uyğun bunlarla hereket etmeliyik.