Menu

İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

29.11.2021, 17:43
İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız 65 adda, ümumi çəkisi 8946.77 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Şərhlər

korrektor 2021-11-29 20:53:47

xaricdə vaxtı ötmüş malları konteynerə yığırlar ki, kimin imkanı yoxdur götürüb işlətsin. Bizdə isə ərzaq mallarını məhv edirlər ki, kimsə ondan pulsuz yararlanmasın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol