Dekabrın ikisində şəhid ailələri, qazilər, eləcə də Nərimanov rayonu II seçki dairəsinin ərazisində yaşayan vətəndaşlar üçün Vəkillər Kollegiyasının üzvləri, peşəkar vəkillər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 33 C ünvanında pulsuz hüquqi yardım təşkil ediləcək.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev məlumat verib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov da bununla bağlı sosial şəbəkədəki hesabında paylaşım edib. O, bildirib ki, pulsuz hüquqi yardım aksiyasında, başda vəkil Polad Mehdi olmaqla, "Arbitrium" Vəkil Bürosunun vəkilləri Bağırov Namiq İmran oğlu, Əliyev Tural İslam oğlu, Cəfərov Nəsimi Abbas oğlu, Bayramlı Vüqar Balakişi oğlu, Pənahov Pənah Səməd oğlu iştirak edəcəklər.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 33C (Embawood mağazasının arxası). Qeydiyyat üçün deputat Adil Əliyevin köməkçisi İftixar Həsənova (055)766-21-35 müraciət etmək tövsiyə olunur.
"AzPolitika.info"


Şərhlər