Menu

"Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər" - Elçin Quliyev

01.12.2021, 13:48
"Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər" - Elçin Quliyev

“Silahdaşlarımızı itirdik. Bu itki çox ağırdır. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”.

“Report”un xəbərinə görə, bu fikirləri DSX rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib.

“Şəhid olan hərbi qulluqçularımızın ailələrinə başsağlığı verirəm”, - o bildirib.

Şərhlər

Bilal 2021-12-01 18:13:58

şərəfi olan komandan istefa verər amma yəqin ki yenə ordenlər alacaq. Bu DSX- də bu qədər biabırçılıqdır, ÇP- lər olsa da E.Quliyevin tükü də tərpənmir. Belə görünür ki bütün DSX qırılsa da Elçinin vecinə də olmaz

Cavan 2021-12-01 16:12:01

Səmimi deyilsiniz.40-50 dəqiqəlik yolu avtomobillə getmək əvəzinə bu qədər yüksək rütbəli qəhraman zabitimizi helekopterə kim mindirib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol