BU GÜN MOSKVADA ÜÇTƏRƏFLİ KOMİSSİYANIN İCLASIDIR - Soçi razılaşmaları açıqlanacaq

“Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın iclası keçiriləcək”.

APA xəbər verir ki, bu barədə Ermənistanın İctimai Radiosuna baş nazirin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

Baş nazir müavinlərinin görüşü barədə razılıq noyabrın 26-da Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə əldə olunub.

Görüşdə regionda dəmir yolu və avtomobil kommunikasiyalarının açılması, həmçinin, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi müzakirə olunacaq.

Soçi görüşündən sonra Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, görüşdə qəbul olunan qərarlar üçtərəfli komissiyanın bu həftə keçiriləcək görüşündə açıqlanacaq. Bura kommunikasiyalarla bağlı konkret razılaşmaların elan olunması da daxildir. Azərbaycan cəmiyyətini əsasən Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın olub-olmadığı maraqlandırır.

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar