Menu

Ötən gün 4 nəfər cərimə olunub - 73 nəfər şənliyə buraxılmayıb

02.12.2021, 10:01
Ötən gün 4 nəfər cərimə olunub - 73 nəfər şənliyə buraxılmayıb

Dekabrın 1-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 130 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 126 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 73 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol