Menu

Azərbaycan və Belarus təhlükəsizlik sahəsində birgə layihələrin icrasında maraqlıdır

02.12.2021, 10:48
Azərbaycan və Belarus təhlükəsizlik sahəsində birgə layihələrin icrasında maraqlıdır

Minskdə Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi Aleksandr Volfoviç ilə Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev arasında görüş keçirilib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, fikir mübadiləsi zamanı müxtəlif sahələrdə dövlətlərarası qarşılıqlı fəaliyyət məsələləri, iki ölkənin təhlükəsizliyinin təmin edilməsi sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

A.Volfoviç helikopterin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Tərəflər strateji tərəfdaşlıq yoluna, əlaqələrin möhkəmləndirilməsinə, habelə müdafiə və təhlkükəsizlik sahəsində birgə layihələrin həyata keçirilməsinə tərəfdar olduqlarını vurğulayıblar.

Şərhlər

t.ədalət 2021-12-02 15:25:13

Belorus deyilən dövlət yoxdur.Lukaşenko isə Putinin ayaqqabısıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol