Menu

“Ermənistan işğal edilmiş ərazilərdə mədəni irsin məhvi ilə məşğul olub” - Prezidentin köməkçisi

02.12.2021, 11:48
“Ermənistan işğal edilmiş ərazilərdə mədəni irsin məhvi ilə məşğul olub” - Prezidentin köməkçisi

"Azərbaycan Ermənistan ilə sülh danışıqlarının başlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" tərəfdaşlar forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq.

Prezidentin köməkçisi işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni abidələrinin sistemli şəkildə məhv edildiyini bildirib.

O, beynəlxalq ictimaiyyəti buna diqqət yetirməyə və Ermənistanın vandallığına qiymət verməyə, həmçinin beynəlxalq institutları işğaldan azad edilmiş ərazilərə qiymətləndirmə missiyası ilə səfər etməyə çağırıb.

Şərhlər

t.ədalət 2021-12-02 15:20:27

Bizim tariximizi həmişə rus kəşfiyyatı qazıyıb.İndi də akademiyada İsa Həbibbəyli və Ramiz Mehdiyev onunla məşğuldurlar...Yəni,tariximizin düşməni tək erməni deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol