Menu

"ABŞ-da iki Ebola xəstəsi təcrid olunub" - Obama

29.10.2014, 10:36
"ABŞ-da iki Ebola xəstəsi təcrid olunub" - Obama

ABŞ prezidenti Barak Obama deyib ki, amerikalıların Ebola xəstəliyinə yalnız iki adamın yoluxduğunu və onların hər ikisinin indi sağaldığını yadda saxlaması vacibdir.

Prezident Obama Texas ştatında Ebola diaqnozu qoyulan ikinci tibb bacısının xəstəxanadan çıxmasından sonra bu açıqlamanı verib.

Cənab Obama 29 yaşlı Amber Vinsonla telefon söhbəti edib. Prezident Obamanın sözlərinə görə, keçən həftə Ebola xəstəliyindən sağalıb Merilend ştatında xəstəxanadan çıxmış tibb bacısı Ninan Pham da ona yaxşı olduğunu deyib.

Cənab Obama epidemiyanın başladığı Qərbi Afrikada xəstəliyin yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

O, Ebola xəstəliyinin qarşısının alınacağını və onunla mübarizədə qələbə əldə ediləcəyini deyib ("Amerikanın səsi").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol