Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb.

"Report" xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında hazırda ölkədə 4 400-dən çox məktəbin olduğunu xatırladıb.

Nazir bildirib ki, həmin məktəblərin 75 faizi, yaxud 3 500-ə qədəri tədrisə yararlı vəziyyətə gətirilib: "Qəzalı məktəblərlə bağlı vəziyyətdən xəbərdarıq. Bütün problemi bir gündə həll etmək mümkün deyil. Növbəlilik əsasında proritet məktəblər seçilir".

"Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni məktəblər tikilir. Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edəcək", - nazir əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar